FAQ

Məqsədlərimiz

Biz kimik

Məqsədlərimiz

Aksept Hüquq Mərkəzi olaraq müştərilərin hüquqi baxımdan hər növ ehtiyaclarını maksimum həddə qarşılamaq, onların problemlərini öz problemimiz olaraq görmək, yorulmadan və çevik davranaraq problemi operativ şəkildə ən qısa vaxtda həll etmək  və sahibkarların iqtisadi və biznes fəaliyyətində qazanacaqları uğurlarda pay sahibi ola bilmək işimizin təməl fəlsəfəsidir.

Müştərilərimizi düzgun hüquqi məsləhətlərlə hüquqi marifləndirmək və gərəksiz hüquq xidmətlərindən mümkün qədər kənarda saxlamaqla maliyyə itkilərinin qarşısını almaq;

Partnyor şirkətlərdə sağlam şirkət tendensiyası yaratmaqla, möhkəm hüquqi baza formalaşdırmaq, mümkün hüquqi ixtilafları minimuma endirmək, qaçılmaz hüquqi problemlərdə isə müştərinin mənafeyinə ən uyğun şəkildə müdafiə taktikası qurmaq;

Balanslaşdırılmış müdafiə taktikalarından istifadə etməklə müştərilərin şəxsi və işgüzar nüfuzunun qorunmasını təmin etmək, eyni zamanda onlar üçün hüquqi müdafiə çətiri formalaşdıraraq biznesin sürətlə və ən ali səviyyədə inkişafına şərait yaratmaq;

Ölkədə, cəmiyyətdə hüquq düşüncəsinin, hüquqi marifləndirilmənin yüksəldilməsində pay sahibi olmaq bizim əsas məqsədlərimizdir.

 

Məqsədlərimiz üçün dönmədən və vicdanla səy göstərəcəyimizə söz verir, müştərilərimizin bizə inanmalarına ehtiyacı olduğunu bilərək bu etibarı qazanacağımıza əmin olduğumuzu bəyan edirik.  

200+

Bitmiş iş

12

İllİk təcrübə

Hüququnuzu peşəkarlara həvalə edin

Şirkətimiz eyni zamanda bir sıra xarici ölkədə tanınmış hüquq firmaları ilə əməkdaşlıq etməklə müştərilərinin ölkə xaricində olan hüquqi təlabatlarını da ödəməyi tam məsuliyyəti ilə üzərinə götürür. Eləcə də əcnəbi fiziki və hüquqi şəxslərin fərdi və biznes maraqlarının qorunması üçün həm məsləhət, həm də müşayətedici hüquq xidmətləri təklif edir.

Hüququn gücü azalarsa gücün hüququ başlayar.

Maurice Duverger

Məsumu əzən hakim, özünü məhkum edər.

Punlilius Syrus

Əsas odur ki, qiyamət qopsa da ədalət təcəlli etsin.

Ziqmund Freyd