FAQ

Müqavilə hüququ

Fəaliyyətlərimiz

Müqavilə hüququ

Müqavilə hüququ sahəsində mövcud olan xidmətlərimizin siyahısı ilə aşağıdan tanış ola bilərsiniz:

- niyyət məktublarının, məxfilik və məlumatların qorunması sahəsində razılaşma  üzrə müqavilələrin tərtibi;

- birgə müəssisə və konsorsium razılaşmaları;

- müqavilələrin hüquqi ekspertizası;

- təsisçilər arasında şirkətin yaradılması haqqında təsis müqaviləsi;

- payların (səhmlərin) özgninkiləşdiriməsi ilə bağlı müqavilələr;

- alqı-satqı, beynəlxalq xidmətlər, partnyorluq, distribütorluq, vasitəçilik və satış nümayəndəliyi, lisenziya, bağışlama, icarə, kirayə, borc, kredit, zaminlik, girov, ipoteka, lizinq, daşıma, sığorta, bank əmanəti, podrat razılaşmaları üzrə müqavilələrinin hazırlanması və hüquqi məsləhətlərin verilməsi;

- məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi;

- etibarnamələrin tərtibi, təsdiqi və tərcüməsi;

- müqavilələrin qeydiyyatı, təsdiqi və.s.

 

Müqavilələrin düzgün tərtibi gələcəkdə ehtimal olunan mübahisələrdən müqavilə tərəflərini sığortalayır. Odur ki, müqavilələrinizin tərtibini bizə etibar etməkdən çəkinməyin.

12

İllİk təcrübə

Hüququnuzu peşəkarlara həvalə edin

Şirkətimiz eyni zamanda bir sıra xarici ölkədə tanınmış hüquq firmaları ilə əməkdaşlıq etməklə müştərilərinin ölkə xaricində olan hüquqi təlabatlarını da ödəməyi tam məsuliyyəti ilə üzərinə götürür. Eləcə də əcnəbi fiziki və hüquqi şəxslərin fərdi və biznes maraqlarının qorunması üçün həm məsləhət, həm də müşayətedici hüquq xidmətləri təklif edir.

Hüququn gücü azalarsa gücün hüququ başlayar.

Maurice Duverger

Məsumu əzən hakim, özünü məhkum edər.

Punlilius Syrus

Əsas odur ki, qiyamət qopsa da ədalət təcəlli etsin.

Ziqmund Freyd