FAQ

Kimlər İŞSİZ olsa da, 190 manatlıq birdəfəlik ödənişi ala bilməyəcək?

 


İşsiz kimi qeydiyyatdan keçsələr də bu şəxslərə də birdəfəlik yardım verilməyəcək:

• ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə,

• əmək pensiyaçılarına,

• aylıq müavinət alanlara,

• aylıq təqaüd alanlara,

• özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə,

• işsizlikdən sığorta ödənişi alanlara,

• peşə hazırlığına görə təqaüd alanlara,

• 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə,

• əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)

• əri və ya arvadı MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara,

• əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alanlara

• əri və ya arvadı kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə