FAQ

Azərbaycan vəkilliyinin yaranmasından 102 il ötür

Bu gün Azərbaycan vəkilliyinin tarixində əlamətdar günlərdən biridir. 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyi tərəfindən ilk Respublikanın Andlı Müvəkkillər Şurasının (vəkillik təsisatının) təşkili üzrə işə başlanılmışdır.

25 dekabr 2019-cu il tarixində cənab Prezidentin Sərəncamına uyğun olaraq ölkəmizdə ilk dəfə 28 dekabr - “Vəkil günü” peşə bayramı təsis olunmuşdur.

Vəkillər Kollegiyası 30 iyul - Vəkilliyin təşkili günü münasibətilə bütün vəkilləri ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.

Yaşasın Azərbaycanın şanlı vəkilliyi!