FAQ

Vəkillər cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərmişdir.

Bu gün Vəkillər Kollegiyasının bir qrup vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olmuşlar.

Vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilmişdir.